Федеральная национально-культурная автономия азербайджанцев России
ФНКА азербайджанцев России создана 1 октября 1999 года

Azərbaycan gimnastları Kiyevdə keçirilən Dünya çempionatında çıxış ediblər

  • 28/08/2013 --
  • Просмотров: 4217

Ukraynanın paytaxtı Kiyevdə Azərbaycan millisinin də iştirak etdiyi bədii gimnastika üzrə Dünya çempionatı başlayıb. Bu barədə FNKAA.RU Trend-ə istinadən xəbər verir.

Beş qrup üzrə çıxışlarını bitirdikdən sonra Marina Durunda çoxnövlülük üzrə yarışlarda beşinci, Lalə Yusifova isə 12-ci pillədə qərarlaşıb.

Dünya çempionatı sentyabrın birində yekunlaşacaq. Azərbaycan yığmasının heyətinə fərdi gimnastlar Lalə Yusifova və Marina Durunda, qrup komandamızın tərkibinə isə Səbinə Abbasova, Səbinə Qaratova, Siyanə Vasilyeva, Mənsurə Bağıyeva, İradə Əhədzadə, Aliyə Paşayeva daxildirlər.