Федеральная национально-культурная автономия азербайджанцев России
ФНКА азербайджанцев России создана 1 октября 1999 года

Azərbaycan və İran parlamentləri arasında əlaqələrin inkişafı müzakirə edilib

  • 22/06/2013 --
  • Просмотров: 3518

Azerbaijan_Iran_flags_Album_090512Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupu rəhbərinin müavini Eldar İbrahimov İranın Azərbaycandakı səfiri Möhsin Pakayinlə görüşüb . FNKAA.RU-nun verdiyi xəbərə görə, bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Görüşdə, Eldar İbrahimov iki ölkənin parlamentləri arasında əlaqələrin inkişaf etdirilməsinin zəruriliyindən danışıb və İran və Azərbaycan parlamentlərarası dostluq qrupunun bu işdə fəaliyyətinin genişləndirilməsini istəyib.

İbrahimov İranda keçirilən prezident seçkilərində Həsən Ruhaninin qələbə qazanması, eləcə də İranın milli futbol komandasının dünya kubokuna vəsiqə qazanması münasibətilə İran xalqını təbrik edib.

İranın Azərbaycandakı səfiri Möhsin Pakayin də iki ölkə arasında əlaqələrin inkişafında parlamentlərin böyük rola malik olduğunu vurğulayıb və deyib ki, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupu öz fəaliyyətini aktivləşdirməlidir və qarşılıqlı səfərlər təşkil etməlidir.

Pakayin həmçinin Azərbaycan və İran parlamentlərinin qadın nümayəndələri arasında əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb və Azərbaycan Milli Məclisinin qadın nümayəndələrini İrana səfər etməyə dəvət edib.