Федеральная национально-культурная автономия азербайджанцев России
ФНКА азербайджанцев России создана 1 октября 1999 года

Azərbaycanda pilotsuz metro qatarları olacaq

  • 11/07/2013 --
  • Просмотров: 4313

baku-metro-narimanovBakı Metropoliteninin “Avtovağzal” stansiyasında qatarların hərəkəti üçün nəzərdə tutulmuş stansiya yolu platformadan xüsusi şüşə təbəqə ilə ayrılacaq. Bu barədə FNKAA.RU APA-ya istinadən xəbər verir.

Metropolitendən verilən məlumata görə, platformada təhlükəsizlik qapıları adlandırılan bu qapılar stansiyanı qapalı tipli edəcək və bununla da sərnişin təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək.

Bu, metropolitendə ilk dəfə platformanın mikroiqlim şəraitinin yaxşılaşdırılmasını da təmin etməyə kömək edəcək. Burada havalandırma və kondisionerləşdirilmə olacaq. Bundan əlavə, platformada səsli elanların daha keyfiyyətlə və aydın səslənməsinə şərait yaranacaq. Qatarın yaratdığı səs-küy minimum həddə endiriləcək, tuneldən gələn hava təzyiqinin qarşısı alınacaq. Bununla həm də qatarların hərəkət intervalının yaxşılaşdırılması mümkün olacaq. Bu isə gələcəkdə hərəkət edən qatarların pilotsuz hərəkətini təmin etməyə imkan verəcək.

Xatırladaq ki, metropolitenin “Avtovağzal” stansiyası təxminən 1 ilə təhvil veriləcək. Bakı

Metropoliteni 2030-cu ildə 5 xətt üzrə 76 stansiya və 5 elektrik deposundan ibarət olacaq.