Федеральная национально-культурная автономия азербайджанцев России
ФНКА азербайджанцев России создана 1 октября 1999 года

Azərbaycanda prezidentliyə namizədlikləri təsdiq olunanların sayı 21-ə çatdı

  • 01/09/2013 --
  • Просмотров: 4579

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında öz təşəbbüsü ilə namizədlikləri irəli sürülmüş Rauf Quliyevin, Hidayət Rüstəmbəylinin və Azərbaycan Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Sərdar Cəlaloğlunun prezidentliyə namizədliyi təsdiq edilib.

FNKAA.RU-nun Trend-ə istinadən məlumatına görə, MSK sədri Məzahir Pənahovun sədirliyi ilə komissyanın şənbə günü keçirilən iclasında hər üç namizədin səlahiyyətli nümayəndələri qeydə alınıb. Eyni zamanda «Demokratik Qüvvələrin Milli Şurası» seçicilərin təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənlinin 20 nəfər səlahiyyətli nümayəndələri qeydə alınıb.

MSK sədri onu da əlavə edib ki, seçkiləri müşahidə etmək üçün indiyə qədər 785 nəfər MSK-ya müraciət edib.

Bundan əlavə M.Pənahov prezidentliyə namizədlikləri təsdiq olunmuş şəxslərə xəbərdarlıq edib.

M.Pənahov imza vərəqələrinin MSK-a çatdırılma müddətinin sentyabrın 9-da başa çatdığını xatırladaraq namizədləri bu vaxta əməl etməyə çağırıb.

Qeyd edək ki, indiyə qədər hələki Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

20 nəfərin isə prezidentliyə namizədliyi təsdiq edilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının prezidentliyinə namizədlərin irəli sürülməsi prosesinə start verilib.

Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin irəli sürülməsini aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları həyata keçirə bilərlər.

MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.