Федеральная национально-культурная автономия азербайджанцев России
ФНКА азербайджанцев России создана 1 октября 1999 года

Bakının Zabrat qəsəbəsindəki uşaq evində xeyriyyə tədbiri keçirilmişdir

  • 07/05/2013 --
  • Просмотров: 3624

“Gənclərin Töhfəsi” İctimai Birliyi (İB) Bakının Zabrat qəsəbəsindəki 22 nömrəli uşaq evində “Gələcəyimizə sahib çıxaq” devizi altında növbəti xeyriyyə tədbiri keçirmişdir.
İB-dən AzərTAc-a bildirmişlər ki, tədbirdə çıxış edənlər dövlətin uşaqlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirmişlər. Eyni zamanda, gənclərin bu təşəbbüsü alqışlanmış və belə tədbirlərin uşaqların həyatında müsbət dəyişikliklərə səbəb olduğu vurğulanmışdır.
Xeyriyyə aksiyasında uşaqlar üçün əyləncəli oyunlar təşkil edilmiş, onlara yemək süfrəsi açılmış və müxtəlif hədiyyələr verilmişdir.

AzərTAc