Федеральная национально-культурная автономия азербайджанцев России
ФНКА азербайджанцев России создана 1 октября 1999 года

Fərhad Məmmədov: Azərbaycandakı prezident seçkiləri Dağlıq Qarabağ üzrə danışıqlara müəyyən qədər təsir edib

  • 08/10/2013 --
  • Просмотров: 4899

Azərbaycanda keçiriləcək prezident seçkiləri Dağlıq Qarabağ üzrə aparılan danışıqlara müəyyən dərəcədə təsir edib.

Yəni ki, Ermənistan tərəfi seçkiləri səbəb gətirərək danışıqlar prosesində müəyyən fasilə yaradıb.

Gün.Az xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoruFərhad Məmmədov deyib.

O bildirib ki, seçkilərdən sonra bu prosesin fəallaşmasını gözləyirik:

“Burada ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəflərə təklif edəcəyi yol və yaxud artıq razılaşdırılmış bəzi punktların yenidən gündəmə gətirilməsi və müzakirələrin başlanmasından, ölkə rəhbərlərinin görüşlərindən söhbət gedə bilər.

Çünki hazırlıq görüşləri kifayət qədər keçirilib və bu istiqamətdə həmsədr ölkələrin işğalçı dövlətin rəhbərinin daha konstruktiv mövqe tutmasına nə qədər maraqlı olub-olmadığını biz yaxın aylarda görəcəyik”.

F.Məmmədov təəssüflə bildirib ki, indi həmsədr ölkələr də kifayət qədər fəal deyillər, beynəlxalq hüquqda olan məsələləri kənara qoyub, işğalçı dövlətin hansısa şıltaqları ilə hesablaşırlar. Bu da prosesin gecikməsinə və fasilənin daha da uzanmasına gətirib çıxarır.

Pərvanə Sultanova
Gün.Az