Федеральная национально-культурная автономия азербайджанцев России
ФНКА азербайджанцев России создана 1 октября 1999 года

İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb

  • 26/08/2013 --
  • Просмотров: 4083

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. FNKAA.RU-nun Trend-ə istinadən məlumatına görə, MSK sədri Məzahir Pənahov iclasda bildirib ki, imza vərəqələrini yoxlamaq üçün peşəkar ekspert qrupu yaradılıb. Ekspert qruplarının fəaliyyətinin aşkarlığı maksimal səviyyədə təmin olunub.

İclasda qeyd olunub ki, İlham Əliyevin namizədliyinin qeydə alınması üçün toplanmış 45 min seçici imzalarının düzgünlüyü çox yüksək səviyyədə idi və cəmi 206 etibarsız imza aşkar olunub.

Sonra Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının prezidentliyinə namizədlərin irəli sürülməsi prosesinə start verilib.

Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin irəli sürülməsini aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları həyata keçirə bilərlər.

MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib.

Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.