Федеральная национально-культурная автономия азербайджанцев России
ФНКА азербайджанцев России создана 1 октября 1999 года

“İpack Caspian-2013” sərgisi qablaşdırma, tara, etiket və poliqrafiya sənaye sahəsi təmsilçilərinin maraqlarını birləşdirir

  • 19/05/2013 --
  • Просмотров: 4767

Baki Sərgi Mərkəzində keçiriləcək “İpack Caspian-2013” sərgisi bir çox sənaye sahəsini təmsil edən mütəxəssis və sahibkarların, habelə qablaşdırma sahəsinin istehsalçı və istehlakçılarının maraqlarını birləşdirir.

Mayın 22-dən 24-dək keçiriləcək Xəzər Beynəlxalq qablaşdırma, tara, etiket və poliqrafiya (“İpack Caspian-2013”) sərgisinin təşkilatçısı olan “İteca Caspian” şirkətindən AzərTAc-a bildirmişlər ki, sərgidə qablaşdırma maşınları və avadanlıqları, məhsulların qablaşdırılması üçün texnoloji xətlər, qablaşdırma məmulatlarının istehsalı və layihə tərtibatı (dizaynı) üzrə maşın və avadanlıqlar, qablaşdırma və tara istehsalı üçün xammal və yarımfabrikatlar, qablaşdırma materialları və hazır məmulatlar, nişanlama və ştrix-kodlaşdırma texnologiyaları, qablaşdırmanın üzərində yazı çap etmək üçün avadanlıq, etiket məhsulları və s. bölmələrdə müxtəlif cür məhsullar nümayiş etdiriləcəkdir.

“İpack Caspian” Azərbaycanda qida sənayesinin ən böyük sərgisi olan “WorldFood Azerbaijan-2013” və 7-ci Azərbaycan Beynəlxalq kənd təsərrüfatı (“Agrihort Azerbaijan”) sərgiləri ilə eyni vaxtda keçiriləcəkdir.

AzərTAc