Федеральная национально-культурная автономия азербайджанцев России
ФНКА азербайджанцев России создана 1 октября 1999 года

Novruz Məmmədov: «Ermənistan keçmiş sovet zamanı Azərbaycanın hesabına yaşayıb»

  • 09/06/2013 --
  • Просмотров: 3514

novruz_629«İşğalçı Ermənistan çıxılmaz, ağır iqtisadi-siyasi vəziyyətini anlayıb, Azərbaycanla konstruktiv mövqeyə gəlməlidir. Onlar başa düşməlidirlər ki, ömrü boyu bu coğrafi məkanda tək yaşamaq mümkün deyil.»

FNKAA.RU SalamNews-a istinadla xəbər verir ki, bunu müsahibəsində Prezident Administrasiyası (PA) rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

O deyib ki, erməni siyasətçiləri, dövlət rəhbərləri 200 ildir avantürist siyasət aparırlar. Onlar erməni xalqını pis vəziyyətə gətirib çıxarıblar. Onlara daim pul vermək, yardım, kömək etmək mümkün deyil: «Ermənistan keçmiş sovet zamanı həmişə Azərbaycanın hesabına yaşayıb. İndi isə ağılsız, işğalçı siyasətləri üzündən çətin, acınacaqlı vəziyyətdədirlər. Əgər bu vəziyyətlərini nəzərə alıb, Azərbaycan tərəfinə müraciət edərlərsə, o zaman biz şərtlərimizi, tələblərimizi ortaya qoya bilərik və qoyacağıq.»