Федеральная национально-культурная автономия азербайджанцев России
ФНКА азербайджанцев России создана 1 октября 1999 года

Riçard Morninqstar: Minsk qrupunun yeni həmsədri işini məharətlə yerinə yetirəcək

  • 11/08/2013 --
  • Просмотров: 4236

ATƏT-in Minsk qrupuna yeni təyin olunmuş ABŞ-dan olan həmsədr Ceyms Uorlik çox təcrübəli bir diplomatdır. FNKAA.RU xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib.

Səfir deyib ki, o, ABŞ Dövlət Departamentində Əfqanıstan bürosunun direktor müavini işləyib, ABŞ-ın Bolqarıstandakı səfiri olub. R.Morninqstar qeyd edib ki, C.Uorlik ilə birgə çalışıb: «Bilirəm ki, Ceyms Uorlik yaxşı həmsədr olacaq və öz işini məharətlə yerinə yetirəcək».

Yeni həmsədrin təyin olunmasının Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə necə təsir edəcəyi məsələsinə toxunan səfir bildirib ki, ABŞ həmişə müsbət dəyişikliklərin olmasını istəyir: «Bizim bütün səylərimiz ona yönəlib ki, münaqişə sülh yolu ilə nizamlansın».

Yeni həmsədrin regiona səfərinin tarixi barədə dəqiq məlumatı olmadığını deyən R.Morninqstar yeni həmsədrin yaxın zamanlarda regiona səfər edəcəyinə ümid etdiyini bildirib.