Федеральная национально-культурная автономия азербайджанцев России
ФНКА азербайджанцев России создана 1 октября 1999 года

Rusiyada Heydər Əliyevin xatirəsinə poçt markası buraxılıb

  • 15/06/2013 --
  • Просмотров: 3378

dsc_6068_608“Belə poçt markasının məhz Rusiyada çap olunması dahi siyasətçiyə göstərilən hörmət və sayqının ifadəsidir. Bu, iki xalq, iki dövlət arasında dostluğun nişanəsidir.”

FNKAA.RU-nun SalamNews-a istinadən verdiyi xəbərə görə, bu sözləri Azərbaycanın Rusiyadakı səfirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə buraxılmış poçt markasının təqdim etmə mərasımındə səfir Polad Bülbüloğlu deyib.

O, Heydər Əliyevin tək keçmiş SSRİ qarşısında deyil, müasir Rusiya və Azərbyacan üçün gördüyü işləri, xidmətləri yada salıb, Azərbaycan tarixində mühüm yer tutan Qurtuluş Günü haqqında məlumat verib.

Moskva Hökumətinin departament rəisi Yuriy Artyux 44 min 400 tirajla buraxılan, Heydər Əliyevin xatirsəinə həsr ounmuş poçt markasının Azərbaycan və Rusiya arasında olan əlaqələrin günü-gündən inkişaf etməsindən xəbər verdiyini və rusiyalıların dahi siyasətçi Heydər Əliyevə olan hörmətin göstəriçisi olduğunu vurğulayıb.

“Marka” nəşriyyat və ticarət mərkəzinin direktoru Artem Adıbəyov poçt markalarının buraxılmasının həmişə tarixi hadisələrlə bağlı olduğunu və Heydər Əliyevin 90 illik yubileyinin Rusiya üçün böyük hadisə olduğunu söyləyib.

Sonda P.Bülbüloğlu qonaqlara poçt markası hədiyyə edib.

Azərbaycanın Rusiyadakı səfirliyi və Ümumrusiya Azərbaycan Kongresi tərəfindən təşkil olunan tədbirə diaspora nümayəndələri və Rusiyanın ictimai xadimləri qatılıblar.