Федеральная национально-культурная автономия азербайджанцев России
ФНКА азербайджанцев России создана 1 октября 1999 года

Tahir Salahov Rusiyanın Dövlət Mükafatına layiq görülüb

  • 07/06/2013 --
  • Просмотров: 4443

68731Rusiya Dövlət mükafatı laureatlarının adları açıqlanıb.

FNKAA.Ru-nun SalamNews-a istinadən verdiyi xəbərə görə, onların arasında rəssam Tahir Salahov, rejissorlar Karen Şahnazarov və Sergey Miroşniçenko, həmçinin yerli elm nümayəndələri var.

Tahir Salahov “yaradıcı incəsənətin inkişafına töhfəsinə” görə, Karen Şahnazaov “Rusiya kinematoqrafiyasının inkişafı, “Mosfilm” kinostudiyasınını oyanış və inkişafına verdiyi töhfəyə” görə. Sergey Miroşniçenko “yerli sənədli kinonun inkişafına verdiyi töhfəyə görə mükafata layiq görülüb.

Ədəbiyyat və incəsənət sahəsində aureatların siyahısını açıqlayan Mixail Piotrovski bildirib ki, bu il Şuranın qarşısında çətin tapşırıq dayanırdı, 20-yə yaxın namizəd irəli sürülüb. Şuranın rəyasət heyətinin işindən sonra 11 namizəd qalıb vədaha sonra üç nəfər laureat seçilib.

Elm və texnologiya üzrə dövlət mükafatına Rusiya Elmlər Akademiyasının akademiki, ən qədim tarixin öyrənilməsində verdiyi töhfələrə və ixtiralarına görə Anatoliy Derevyanko layiq görülüb.

Həmçinin elm sahəsində mükafat laureatları adına akademik Qleb Dobrovolski, REA Severtsov adına Ekologiya və Təkamül Problemləri İnstitutunun direktoru Dmitriy Pavlov və REA Uzaq Şərq Şöbəsinin (UŞŞ) sədr müavini, UŞŞ Dəniz Biologiyası İnstitutunun direktoru Andrey Adrianov layiq görülüb.

Xatırladaq ki, Tahir Salahov Azərbaycan və Rusiyanın görkəmli rəssamıdır. İncəsənət sahəsində əldə etdiyi nailiyyətlərə görə o, 1968-ci ildə SSRİ Dövlət Mükafatına və 1989-cu ildə Sosialist Əmək Qəhrəmanı adına layiq görülüb. Hazırda Tahir Salahov Rusiya Rəssamlar Akademiyasının vitse-prezidenti vəzifəsində çalışır.