Федеральная национально-культурная автономия азербайджанцев России
ФНКА азербайджанцев России создана 1 октября 1999 года

Volqoqrad prokurorluğu “Bakı Parkı” inşa olunan inzibati ərazidə yoxlamalar aparıb

  • 22/07/2013 --
  • Просмотров: 3994

060500038757Volqoqradda “Bakı Parkı” inşa olunan inzibati ərazidə rayon prokurorluğu tərəfindən yoxlamalar aparılıb.

FNKAA.RU xəbər verir ki, APA-nın Volqoqrad rayonu prokurorluğunun mətbuat xidmətinə istinadən xəbərinə görə, yoxlamalar nəticəsində bəlli olub ki ərazidə aparılan inşa işləri rayon Mədəniyyət Nazirliyi və Aşağı Volqa Rusiya Mədəniyyət Nazirliyi ilə koordinasiya olunmayıb və Volqoqrad vilayətinin mərkəzi administrasiyası tərəfindən müvafiq icazə verilməyib. Bu səbəbdən prokurorluq vilayət rəhbərindən qanun pozuntularının aradan qaldırılmasını və günahkar vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsini tələb edib.

Xatırladaq ki, Volqoqrad şəhərində altı sot ərazidə “Bakı Parkı”nın inşa olunması nəzərdə tutulub. Lakin Rusiya mətbuatında parkın məhz bu ərazidə tikilməsi narazılığa səbəb olub. Ərazi Volqoqrad şəhərinin mərkəzi mədəniyyət və istirahət parkı olub. 1942-1943-cü illərdə İkinci Dünya Müharibəsi dövründə burada qanlı döyüşlər olub. Park yerləşən ərazi yerli qanunlara görə federativ səviyyədə milli mədəni irs hesab olunur.