Федеральная национально-культурная автономия азербайджанцев России
ФНКА азербайджанцев России создана 1 октября 1999 года

«Xolesterini yüksək olan daha çox yaşayır»

  • 07/05/2013 --
  • Просмотров: 4923

Professor Canan Əfəndigil Karatay Konya Ailə Həkimləri Dərnəyi tərəfindən təşkil edilən III Beynəlxalq ailə həkimləri konfransında xolesterinin çox qüvvətli bir antioksid olduğunu, antibiotiklərin bacara bilmədiyini bacardığını bildirib.

Trend «Anadolu» agentliyinə istinadən məlumat verir ki, Karatay Fransada yüksək xolesterini olan qadınların daha çox yaşadığının təsdiq edildiyini vurğulayıb: «Xolesterini az olanların ömrü daha qısadır. Toronto Universiteti tərəfindən aparılan araşdırma nəticəsində xolesterini çox olanlarla müqayisədə xolesterini az olanlarda infarkt riskinin daha yüksək olduğu məlum olub».

Xolesterini azaltmaq üçün dərmanlardan istifadə edənləri böyük təhlükələrin gözlədiyini iddia edən Karatay, bu dərmanlardan imtina etməklə halsızlıq, Altsheymer kimi xəstəliklərin qarşısını almağın mümkün olduğunu söyləyib.