Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti «Azərros» Ağsaqqallar Şurasının sədri Abbas Abbasov Müstəqil Azərbaycan Respublikasının qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına!
Hörmətli cənab Prezident!
Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti «Azərros»un və şəxsən öz adımdan Müstəqil Azərbaycan Respublikasının qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətiylə Sizi,bütün xalqımızı, o cümlədən Rusiyada məskunlaşmış həmvətənlərimizi təbrik edirəm!
Ulu Öndərin doğum gününün hər il həm Azərbaycanda, həm də dünyada azərbaycanlılar yaşayan ölkələrin demək olar ki, hamısında qeyd edilməsi onun məhz dünya miqyaslı tarixi şəxsiyyət olmasına əyani sübutdur.
Heydər Əliyev bütün mənalı ömrünü Azərbaycan xalqına, onun müstəqilliyinə, həsr edən və bütün dövrlərdə Azərbaycana sədaqətlə xidmət edən böyük tarixi şəxsiyyətdir.
Onun coxillik zəngin siyasi fəaliyyəti, xalqımızın dövlətçilik tarixindəki rolu əvəz edilməzdir. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi bu gün bütün dünyada etiraf olunur, hörmətlə, diqqətlə, rəğbətlə qarşılanır və yüksək qiymətləndirilir.
Heydər Əliyev Azərbaycan diasporunun əsasını qoymuş, bununlala da bütün dünyada yaşayan azərbaycanlıların həm tarixi vətənimizlə, həm də bir-biriylə ünsiyyət qurmasına şərait yaratmışdır.
Onun Azərbaycanın və Rusiyanın siyasi və iqtisadi inkişafında, iki ölkə arasında dostluğun daha da möhkəmləndirilməsində rolu əvəz olunmazdır. Odur ki, Rusiyada yaşayan azərbaycanlılar ümummilli liderin bu xidmətlərini minnətdarlıq hissi ilə yad edir. Məhz bu siyasətin nəticəsidir ki, bu gün onun doğum gününü Moskvada, eləcə də Rusiyanın digər şəhərlərində hər iki qardaş ölkənin nümayəndələri ilə birlikdə böyük rəğbət hissiylə qeyd edirlər.
Heydər Əliyevi şəxsən tanıdığımdan, uzun illər onunla çiyin-çiyinə çalışdığıma görə böyük şərəf və qürür hissi keçirirəm! Əminliklə deyə bilərəm ki, qədim dövlətçilik ənənələrinə malik olan, müstəqilliyini yenidən bərpa edən Azərbaycana Heydər Əliyev kimi müdrik, liderin, uzaq görən siyasətçinin, mahir dövlət xadiminin rəhbərlik etməsi dövlətçilik tariximizdə böyük əhəmiyyət kəsb edir və bu Azərbaycan xalqının xöşbəxtliyidir.
Heydər Əliyevin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq!
Hörmətlə, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti «Azərros» Ağsaqqallar Şurasının sədri Abbas Abbasov