Федеральная национально-культурная автономия азербайджанцев России
ФНКА азербайджанцев России создана 1 октября 1999 года

Abbas Abbasov Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəlin ölümü ilə bağlı başsağlığı verib

  • 19/06/2015 --
  • Просмотров: 3813

suleyman-demirel-2“AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin Ağsaqqalar Şurasının sədri Abbas Abbasov Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğana bu ölkənin 9-cu dövlət başçısı olmuş Süleyman Dəmirəlin vəfatı ilə bağlı başsağlığı verib:

Başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

Görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəlin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Yüksək nüfuz sahibinə malik, özünün bütün fəaliyyəti ilə Türk xalqına hədsiz sədaqət nümunəsi göstərmiş Süleyman Dəmirəl müdrik və uzaqgörən siyasətçi kimi beynəlxalq aləmdə və Türkiyə tarixində silinməz iz qoymuşdu. O, türk dünyası və xalqları arasında birlik və həmrəyliyin bərqərar olmasında böyük rol oynamışdır. Azərbaycan ilə Türkiyə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və genişlənməsində Süleyman Dəmirəlin müstəsna xidmətləri var. O, həmçinin Azərbaycanın yaxın dostu olub, Azərbaycanın haqq işinə həmişə dəstək verib, işğalçı Ermənistana qarşı prinsipial və ədalətli mövqe tutub.Onun Azərbaycana qəlbən bağlılığı onun müstəqilliyimizə dəstəyində, Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsi sahəsində xidmətlərində öz ifadəsini tapmışdır.

Süleyman Dəmirəl uzun illər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə yaxından dostuluq etmiş bir-birlərinə böyük hörmət və rəğbət bəsləmişlər.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, mərhumun ailəsinə, qardaş Türk xalqına şəxsən öz adımdan və Rusiyada məskunlaşmış azərbaycanlılar adından dərin hüznlə başsağlığı verirəm”. Süleyman Dəmirəlin əziz xatirəsi qəlblərimizdə həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

“AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin Ağsaqqalar Şurasının sədri Abbas Abbasov

Moskva,17 iyun 2015-ci il