Федеральная национально-культурная автономия азербайджанцев России
ФНКА азербайджанцев России создана 1 октября 1999 года

Azərbaycan diplomatı 10 milyon dollar krediti mənimsəyib — özəl

  • 24/04/2015 --
  • Просмотров: 3862
Gudsi OsmanovBir neçə il əvvəl Azərbaycanın Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki qalmaqallı sabiq konsulu və hazırda Azərbaycanın Rusiyadakı səfirinin müavini vəzifəsində çalışan Qüdsi Osmanov  konsul olduğu vaxt Azərbaycan Beynəlxalq Bankının Sankt-Peterburq filialından 10 milyon dollar məbləğində vəsaiti biznes qurmaq üçün şəxsən öz adına kredir götürüb. Bu barədə istiqlal.az-a bankdakı mənbələrdən məlumat daxil olub. 
Mənbə bildirir ki, xarici ölkələrdə Azərbaycan Respublikasının fəaliyyət göstərən diplomatik nümayəndələrinin hər hansı biznes fəaliyyəti ilə məşğul olması qanunla qadağan olunur: «Lakin Qüdsi Osmanov bunun fərqində olmayıb. Çünki o işlədiyi dövrlərdə prezidentin şəxsi mühafizə xidmətinin rəisi, general Bəylər Əyyubovun adından məharətlə istifadə edib özünün Rusiyada biznes imperiyasını genişləndirib. Məlumata görə, Qüdsi Osmanov götürdüyü həmin 10 milyon dollarla Sank-Peterburqdakı “Bakı” restoranını satın alıb. Amma həmin vəsait bu günə qədər Azərbaycan Beynəlxalq Bankının Sankt-Peterburq filialına ödənilməyib. Məsələ ilə bağlı bank rəhbərliyi Qüdsi Osmanova dəfələrlə xəbərdarlıq etsə də səfir müavini onlara rədd cavabı verib.  Qüdsi Osmanov onlara bildirilirb ki, bir daha bu məsələnin üzərinə gəlməsinlər. Əks halda ciddi problemlə qarşılaşacaqlar.