Федеральная национально-культурная автономия азербайджанцев России
ФНКА азербайджанцев России создана 1 октября 1999 года

Azərbaycan irsinin nadir inciləri

  • 22/05/2015 --
  • Просмотров: 5667

shir5Hamımıza yaxşı məlumdur ki, Azərbaycan  dünya ədəbiyyatı xəzinəsinə qiymətli incilər bəxş edən şairlər, yazıçılar yetişdirmişdir. Dünya ədəbiyyatını zənginləşdirən ədəbiyyatlardan biri də  məhz Azərbaycan ədəbiyyatıdır. Artıq XII əsrdə yaranmış Azərbaycan   ədəbiyyatı bütövlükdə Yaxın və Orta Şərq, eləcə də dünya ədəbiyyatının sonrakı inkişafına güclü təsir göstərmiş, Azərbaycanda dünya şöhrətli korifeylər meydana gəlmiş, zəngin poeziya məktəbi  formalaşmışdır.

Bu gün dünyanın müxtəlif yerlərində Azərbaycanı ədiblərinə,şairlərinə, dövlət xadimlərinə, generallarına, alimlərinə, ümumiyyətlə bəşəriyyətə bəxş etdiyi korifeylərinə görə tanıyırlar. Dahilərimizin timsalında bütöv xalqımız, doğma məmləkətimiz tanınır, sevilir və adı tarixə düşür.

Xalqımızın «Kitabi Dədə-Qorqud», «Koroğlu» dastanları kimi möhtəşəm sənət abidələri, dünya sivilizasiya tarixində silinməz iz qoymuş öz ölməz əsərləri dünya mədəniyyəti xəzinəsinə verdikləri incilərinə görə bir çox dünya institutları tərəfindən tədqiq olunan Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətayi, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Səməd Vurğun kimi dühalar yetirən Azərbaycanın müasir poeziyası da, nəsri də dünyaya layiq olduğu səviyyədə çatdırılmalıdır. Azərbaycanın nəhəng korifeylərinin yaradıcılığı bəşəri ideyaların tərənnümünə, haqqın, ədalətin, humanist idealların bərqərar olmasına xidmət etmişdir. Xalqımız öz həyatını qanunların aliliyi, tarixi, milli-mənəvi dəyərlərin, əxlaqi dəyərlərin qorunması və inkişafı şəraitində qurur və bundan sonra da bu yolla gedəcəkdir.

Biz azərbaycanlılar xalqımızın dünya elminə, ədəbiyyatına, incəsənətinə  bəxş etdiyi töhfələrlə fəxr etməyə haqqımız var. Nəsirəddin Tusinin, Əbülhəsən Bəhmənyarın, Mirzə Fətəli Axundovun, Abbasqulu ağa Bakıxanovun və digər mütəfəkkirlərin adları dünya elm aləminə yaxşı tanışdır. Belə dühalar mənsub olduqları xalqı dünyada tanıtmaqla yanaşı, həm də milli dəyər etalonuna çevriliblər.

Biz şer və poeziyanın cəmiyyətimizdə,həyatımızda mühümlüyünü nəzərə alıb öz saytımızda ayrıca bir rubrikanı şer və şairlərə, incəsənət adamlarına, həsr edib onların bu günki cəmiyyətimizdə olan mühüm yerini  Rusiyada məskunlaşmış oxucularımıza çatdırırıq.  Bununla da öz mənəvi borcumuzu az da olsa bu sahədə yerinə yetirmiş olaq. Ümid edirik ki,  açdığımız səhifə oxucularımız tərəfindən rəğbətlə qarşılanacaq.

 Dünya poeziyasının sönməz günəşi