Федеральная национально-культурная автономия азербайджанцев России
ФНКА азербайджанцев России создана 1 октября 1999 года

Çingizin şahidi o anları xatırladı (VİDEO)

  • 25/02/2015 --
  • Просмотров: 4482

59260Ermənistan ordusunun Xocalıda törətdiyi vəhşilikdən 23 il keçsə də, baş verənlərin mənzərəsi Milli Qəhrəman, telereportyor Çingiz Mustafayevin çəkdiklərindən göz önündə canlanır. Xocalı dəhşətlərindən də hamı həmin kadrlardan sonra xəbər tutdu. O görüntülərdən bu gün danışacağıq. Əməkdaşımız 23 il sonra həmin kadrlarda gördüyümüz şəxsləri axtarıb tapıb. Və o vaxt Çingiz Mustafayevin şahid kimi danışdırdığı bu şəxslər 23 il sonra gördükləri Xocalı dəhşətlərini yenidən xatırladıblar.
Xocalı ilə bağlı süjetimə hardan başlamaq haqda çox düşündüm. Və son qənaətim belə oldu ki, hadisəyə qan gölünə dönən meşəlikdən başlayım. Onsuz da hamı Xocalını Ermənistan üçün cazibədar edən ən başlıca cəhəti də yaxşı bilir, 7 min əhalisi olan Xocalının noyabrın 1-dən mühasirədə və tam köməksiz olduğunu da. Amma çoxlarımız aralarında əcnəbi jurnalistlər də olan media nümayəndələrinin kadrları necə əldə etdiyini bilmir. Və yaxud, yaralıları və meyidləri erməni tərəfindən alan şəxslərin kimliyi çoxunuzu maraqlandırmamış deyil. Əvvəlcə jurnalist Mais Məmmədovu eşidək. Xocalı müsibətini lentə almaq üçün qətliamın baş veridyi əraizyə gedən jurnalistlərdən biri də o idi.

«O vaxt baş nazirin müavini Abbas Abbasov Gəncədə idi. Vəziyyətlə balğı ona müraciət etdik. O bildiridi ki, 15 dəqiqədən sonra əlaqə saxlayacam. 15 dəqiqədən sonra bizlə əlaqə saxladı və dedi ki, iki ədəd helikopter göndərirəm. Helikopterlərdən biri sanitar, yəni təxliyə əməliyyatını yerinə yetirəcək, ikincisi isə mühafizə məqsədli helikopterdir”, — deyə Mais Məmmədov bildirdi.

Xocalıdan yaralı və meyitləri çıxaran Zahid Qarayev isə o anları belə xatırlayır: “Həmin vaxt bir ədəd sərnişin helikopteri gəldi. Helikopter bir qədər havada dövrə vurduqdan sonra aşağı, cəsədlərin olduğu yerə endi. Helikopter bir qədər yana eniş etsəydi, minaya düşmüş olacaqdı. Çünki, ermənilər cəsədlərin olduğu həmin ərazini minalamışdılar. Helikopter aşağı enəndən sonra avtomatdan bir dəfə havaya xəbərdarlıq atəşi açdım ki, helikopterdən aşağı düşməsinlər. Çünki ermənilər ərazinin minalamışdı. Buna baxmayaraq Milli Qəhrəman Çingiz Mustafayev əcnəbi telereportyorlarla birlikdə çəkiliş etdilər”.

Mais Məmmədov: “Mənim yanımada operator var idi, amma Çingiz Mustafayev tək idi. O, həm operator, həm də jurnalist kim çalışırdı. O, ağlayaraq, qışqıraraq çəkiliş edirdi”.

Zahid Qarayev: “Bir də gördüm ki, bir uşaq ayağa durub, yerdən nə isə götürüb anasının üstünə sərib yatır yanında. Çalışırdım ki, uşağın yanına gedim, amma ermənilər tərəfdən pulemyotdan açılan atəş yaxınlaşmağa imkan vermirdi. Bu zaman pulemyot rotasının komandiri Elmanı yanıma çağırdım və ona dedim ki, erməni plemyotçusunu məhv et, ölsəm də gedib uşağı oradan götürücəm. Artıq bilirdim ki, anası ölüb. Qarın içi ilə qaçaraq uşağı qucağıma götürdüm. Bu zaman ayağıma nə isə dəydi, elə bildim ki, tülküdü. Ayağıma baxanda gördüm çılpaq balaca bir uşaq”.

Zahid Qarayev onda Milli Qəhrəman Allahverdi Bağırovun müaviniydi. İkinci rotanın komandiri. O vaxt Allahverdi Bağırovla Əsgəran erməniləri olan Vitali və Marat arasında hər iki tərəfdən əsirlərin işgəncə verilmədən dəyişdirilməsilə bağlı qarşılıqlı razılaşma olmuşdu.

Şahid German Hüseynovun sözlərinə görə, Allahverdi Bağırov üç gün ərzində 613 meytin və 1500-dən artıq Xocalı sakinin əsirlikdən xilas olunmasına nail oldu.

Allahverdi Bağırov Ağdamın “Qarabağ” futbol klubunun üzvlərindən idi. Erməni Vitaliylə də o vaxt çox top qovmuşdular. İndi komandalar da təyinatını dəyişmişdi, toplar da…Təəssüf ki, uduzan da biz idik…