Rusiya Federasiyası Azərbaycanlılarının Milli-mədəni Muxtariuuətinin Ağsaqqallar Şurasının Sədri cənab A.A.Abbasova
Hörmətli Abbas müəllim!
Sizi 65 illik yubileyiniz münasibəti ilə Samara vilayəti azərbaycanlılarının Liqası və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, Sizə can sağlığı, uzun ömür arzulayıram!
Dəyərli ağsaqqalımız! Siz uzun illər boyu müxtəlif vəzifələrdə çalışaraq Azərbaycanımıza, dövlətin qurulmasına, inkişafına və çiçəklənməsinə xidmət etmisiniz. Artıq iki ilə yaxındır ki, bu fəaliyyətinizi Rusiyada yaşayan və işləyən iki milyona yaxın həmyerlilərimizin öz mədəniyyətini, dilini, adət-ənənəsini qoruyub saxlaması, onların hüquqlarının müdafiəsi istiqamətinə yönəltmisiniz. Həmçinin Sizin Rusiya xalqlarının Assambleyasında tutduğunuz yüksək vəzifə Rusiya azərbaycanlılarına burada yaşayan digər millətlərin nümayəndələri ilə birlikdə vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsində, milli birliyin və xalqlar arasındakı dostlug münasibətlərinin möhkəmlənməsində daha böyük imkanlar verir. Bu çətin və şərəfli işlərinizdə Sizə uğurlar diləyirik.
Dərin hörmətlə, Samara vilayəti azərbaycanlılarının Liqasının İdarə Heyətinin Sədri Ş.M.Kərimov