Федеральная национально-культурная автономия азербайджанцев России
ФНКА азербайджанцев России создана 1 октября 1999 года

Klod Monike: Bəzi beynəlxalq təşkilatların Azərbaycan haqqında qərəzli hesabatları həqiqəti əks etdirmir

  • 25/09/2013 --
  • Просмотров: 4484

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) və «Human Rights Watch» kimi təşkilatların Azərbaycan haqqında qərəzli hesabatları həqiqəti əks etdirmir. Bunu Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (ESİSC) baş direktoru Klod Monike Trend-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) və «Human Rights Watch» kimi təşkilatların hesabatlarını oxuyanda, Azərbaycanın totalitar və diktatura ölkəsi olduğunu düşünmək olar, lakin Azərbaycana gəldikdə isə burada azad cəmiyyət görmək olur: «Küçələrin hər küncündə çoxlu sayda polisin olmadığını gördükdə keçmiş Sovet ittifaqının bəzi dövlətlərində şahidi olduğum polis ölkəsində yaşamadığını hiss edirsən. Ölkədə işləyərək rifahını təmin edən, azad hərəkət edən insanları görmək olur».

K.Monike vurğulayıb: «Düşünürəm ki, Azərbaycanda seçkiqabağı vəziyyəti qiymətləndirmək üçün biz ölkədə son illər ərzindəki vəziyyəti tam qiymətləndirməliyik, çünki seçkilər ölkənin həyatında bir andır. İki seçki prosesi arasında isə illər var».

Mərkəz direktorunun sözlərinə görə, hazırda Azərbaycan artan iqtisadiyyata malik, inkişaf edən bir ölkədir:

«Doğrudur, bütün keçid ölkələrində olduğu kimi burada da sosial problemlər var. Lakin ölkədəki siyasi sabitlik çox vacibdir. Azərbaycan dünyanın ən çətin ərazisində, planetin heç də dinc olmayan hissəsində — Qafqazda yerləşir. Ölkə sahib ola biləcəyiniz heç də yaxşı dost olmayan İran və Rusiya kimi iki güclü dövlətin qonşuluğunda yerləşir. Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altındadır. Əgər biz dinc, iqtisadi və sosial cəhətdən inkişaf edən Azərbaycan görmək istəyiriksə, o zaman ölkədə sabitliyin olması önəmlidir. Qarşıdan gələn seçkilər üçün bu vacibdir».

K.Monike bildirib ki, dünən o, prezidentliyə namizədlərdən biri ilə görüşüb:

«Mən dünən prezidentliyə namizədlərdən biri ilə görüşdüm. Həmin şəxs hazırkı hakimiyyətə müxalifət mövqedədir. Lakin o qeyd edib ki, Azərbaycanda hakimiyyətin fəaliyyəti ilə bağlı narazılıq və narahatlığının olmasına baxmayaraq, ölkədəki vəziyyəti ATƏT-in təsvir etdiyi kimi mənfi təsvir etmək düzgün deyil».

Onun sözlərinə görə, bu Azərbaycanın, eyni zamanda ATƏT-in maraqlarına cavab vermir, belə ki, bu, təşkilatın imicinə xələl gətirir. Bu tamamilə səhv və həqiqətəuyğun deyil.

Mərkəzin baş direktoru bildirib ki, prezidenliyə namizədin bu danışdıqlarını dinləyən zaman aydın şəkildə görmək olar ki, Azərbaycan demokratik ölkədir:

«Əlbəttə, demokratiya daha da dərinləşməli və inkişaf etməlidir. Mən ümid edirəm ki, belə də olacaq. Ötən illər ərzində xeyli dərəcədə inkişaf olub».