Федеральная национально-культурная автономия азербайджанцев России
ФНКА азербайджанцев России создана 1 октября 1999 года

Manipulyasiya və təxribatların tarixçəsi… yaxud əsas məsələ barədə köhnə bayatılar

  • 25/02/2019 --
  • Просмотров: 4637

Rusiya azərbaycanlılarının Federal milli-mədəni muxtariyyatı (AzərRos FMMM), onun rəhbərliyi və komandası son bir neçə il ərzində dəfələrlə bir qayda olaraq bədxahları, insanları və ictimai təşkilatları mühakimə etmək, onların taleyini həll etmək hüququ olduğunu düşünənlər tərəfindən böhtan kampaniyası, qarayaxma və uydurma ittihamlarla üzləşib.

Diqqət yetirmək istəyirəm ki, biz heç vaxt böhtançılar və qərəzlilər qarşısında özümüzə bəraət qazandırmamışıq, sadəcə, bəlli olanı izah etmişik: yəni  ağ ağdır, qara isə qaradır.

Bütün bu “döyüşlərin” peripetiyası ilə maraqlananlara, yaxud  AzərRos FMMM-a qarşı yönələn fitnə və hücumlara müəyyən dərəcədə cəlb edilənlərə məlumdur ki, bizim təşkilatı alçaltmaq, nüfuzdan salmaq, dizi üstə çökdürmək, qısası, həm mənəvi, həm də “fiziki” cəhətdən  məhv etmək (yəni bağlamaq) üçün çirkin cəhdlərin öhdəsindən uğurla gəlmişik, onun təşkilatçıları isə uğursuzluğa duçar olub.

Bundan “xidmətləri” səxavətlə ödənilənlər istisna olmaqla kiminsə uduş əldə etdiyini deməyə ehtiyac yoxdur, heç bunu deməyə adamın dili də gəlmir.

Bu, əlbəttə ki, qalibləri olmayan, yalnız məğlubların olduğu kampaniya idi. Birmənalı olaraq deyə bilərəm ki, bu situasiyada ilk növbədə Rusiyadakı bütün Azərbaycan diasporası əziyyət çəkdi, onun imicinə güclü mənəvi zərbə dəydi.

AzərRos FMMM bundan özü üçün çox vacib dərs çıxardı – özünü çirkin oyunlara, intriqalara, daha çox özünə bəraət qazandırmağa bənzəyən, taqətdən salan, konkret iş və fəaliyyətdən diqqəti yayındıran yorucu informasiya kampaniyasına cəlb etməyə imkan vermək olmaz.

AzərRos FMMM sarsıntı və qalmaqallardan özünə gələn kimi bir neçə mədəni maarifçilik layihəsi reallaşdıra bildi, onların arasında “Rusiya Federasiyasında türkdilli xalqların mədəniyyəti günləri”, “Uşaqlarla uşaqlar üçün qızıl skripka” müsiqi layihəsi, “Zamanın və xalqların əlaqəsi: rəqs tarixinin bir hissəsi ol” rəqs layihəsi və s.var idi. Bütün bu və digər layihələr barədə www.fnkaa.ru saytından oxumaq olar.

İndi  AzərRos FMMM fəaliyyətinin yeni mərhələsinə daxil olub – oktyabrın 1-də bizim 20 yaşımız tamam olur, ardınca təşkilatın yubileyin qeyd olunmasına hazırlıq və  muxtariyyatın qarşıdakı növbəti qurultayı olacaq.

Ancaq Mixail Boyarskinin “Üç  muşkityorda”kı məşhur mahnısında deyildiyi kimi: … doğrudanmı, rahatlıq cibinizə uyğun deyil… Doğrudanmı. AzərRos FMMM kimlərəsə rahatlıq vermir? Və budur, ön səhnədə yeni iştirakçı və əsas məsələ barədə köhnə bayatılar.

Son bir neçə ay ərzində jurnalist Fuad Abbasov özünə ifşaçı, “xalqın müdafiəçisi”, “bütün Rusiyanın eksperti” maskası taxmaq qərarına gəlib və populyarlığı artdıqca daha cəsarətli və təkəbbürlü həqiqətpərəst olur…

Belə imici o, bəsit, hamı üçün əlçatan kameralı telefon və Youtube səhifəsi hesabına yarada bilib.

Auditoriyasının psixologiyasını və əhval-ruhiyyəsini bildiyindən, onun artmasını və dəstəyini almaq üçün  manipulyasiyalar etməyə və “sensasiyalarla”, ifşalarla,  ittihamlarla, düşmən axtarışı ilə qidalandırmağa başlayıb və etiraf etmək lazımdır ki, bu istiqamətdə istədiyinə — xeyli adamın diqqətinə nail olub.

Sözün əsl mənasında qazanc iyi hiss edən Fuad Abbasov xoş niyyətlə pərdələnərək ciddi “ova” başlayıb, məqsədyönlü şəkildə  AzərRos FMMM rəhbərinə, təşkilatın fəallarına və fəaliyyətinə qara yaxmağa başladı, bu zaman nə faktları təhrif etməkdən,  nə də açıq-aşkar yalandan çəkinmədi.

İndi də F.Abbasovun iddiasına görə, demə o — Azərbaycanın erməni agentləri ilə, azərbaycanlıların və Azərbaycan diasporasının düşmənləri ilə vuruşan, Rusiyada azərbaycanlıları və Azərbaycan aid hər şeyi  təkbaşına müdafiə edən bu şəxs mövqeyinə və fəaliyyətinə görə hədəfə alınıbmış.

Bu növbəti informasiya hiyləsidir. O, özünü günahsız qurban kimi göstərir ki, ideya üçün, Rusiyadakı azərbaycanılar üçün əziyyət çəkməyə hazır olan daha çox adam ona qoşulsun. Və bu tələyə çoxumuz düşdük.

Təəssüf ki, biz hətta Fuad Abbasovu dəstəkləyən regionlarda azərbaycanlıların bəzi ictimai birliklərinin rəhbərlərinin də qoşulduğu kütləvi psixoz və ajiotajın şahidi oluruq.

Dərhal bunun ardınca kütləvi şəkildə sms-bildiriş yayılmağa başladı. İndi də məlum olur ki, onu qorumaq və “düşmənlərdən” mühafizə etmək məqsədilə Fuad Abbasov üçün pul toplanmasını artırmaq lazımdır, çünki məhz pul onun təhlükəsizlik və digər problemlərini həll edəcək.

Sizi əmin edirəm ki, əgər Fuad Abbasova, doğrudan da, erməni millətçilərindən hansısa təhlükə olsaydı, o qədər də yaxşı olmayan şəxsi münasibətlərinə baxmayaraq, ilk növbədə Rusiyada çalışan azərbaycanlı jurnalistlər onun müdafiəsinə qalxardı. Ancaq məlum olduğu kimi heç bir jurnalist, həmkarlarından heç biri bunu etmədi və bunun da səbəbləri var.

Yəqin, artıq kimsə bu jurnalistləri qeyri-vətənpərvərlikdə, qorxaqlıqda, azərbaycanlıların və Azərbaycanın maraqlarını satmaqda ittiham edir.

Onların məhz nəyə görə dəstək verilmədiyini izah etmək istəyirəm.

Fuad Abbasovun xüsusilə də son vaxtlar elədiklərinin çoxu feyk xəbərlərdən ibarətdir. Düşünün – nəyə görə Fuad Abbasovdan başqa heç bir azərbaycanlı jurnalist mərkəzi telekanalların tok-şoularında görünmür? Doğrudan da, kimsə hesab edir ki, Rusiyada minimum təhsil səviyyəsi, məlumatlılığı, rus dili biliyi Fuad Abbasovdan yaxşı olan jurnalist, yaxud ekspert, qafqazşunas, Azərbaycan, Türkiyə, İran və üzrə mütəxəssis yoxdur?!

Fuad Abbasov başqalarının Rusiya telekanallarına çıxmasına yeganə əngəldir. Çünki orda, təəssüf ki, məhz onun kimi qapazaltılar lazımdır, göründüyü kimi, bu rol Fuadın xoşuna gəlir, üstəlik, belə proqramlarda iştiraka görə pul da verirlər.

Bir sözlə, hər şey üzrə ekspert, alt paltarından tutmuş vurulan təyyarəyə qədər bütün məsələrdən anlayışı olan “dahi”.

Ancaq zaman bir yerdə dayanmır, iştah və tələblər artır və burada öz xeyrinə çevrilməsii mümkün olan yeni hədələr və mövzular ortaya çıxır.

Fuad Abbasovun əl atdığı daha bir informasiya hiyləsi – “lazımlı” mövzunu açmaqdır – ermənilərə hücum.

İndi o hər yerdə erməni izi görür, hətta kommersiya bankında ipotekaya götürdüyü mənzili ilə bağlı problemdə “mifik” erməniləri ittiham edib.

Kreditin vaxtında ödənilməməsini “düşmənlərin” fitnəsi ilə necə əlaqələndirmək olar – indiyəcən anlaşılmır. Eynilə də Abovyanla bağlı məsələ, onun fikrincə, bu erməni azərbaycanlı-çeçen münaqişəsi yaratmaq istəyirmiş və həmin erməninin pasportunu sosial şəbəkədə yerləşdirib.

Məntiqə görə, reallıqda belə olsaydı, qanunpərəst insan bu fəaliyyətin təhlükəsini anlayaraq hüquq-mühafizə orqanlarına məlumat verərdi. Fuad Abbadov nə edir – bunun növbəti neqativ, bəlkə də, azərbaycanlılarla ermənilər arasında zorakılıq yaradacığını anlayaraq erməninin pasportunu sosial şəbəkədə yerləşdirir, onu təxribatçı adlandırır.

Belə olan halda kim təxribatçı və təhrikçidir?! Hamımız bu barədə düşünməliyik.

Hər yerdə erməni izi görmək – bu artıq F.Abbasovun beyninə girmiş bir ideyadır. O, belə bir fikri zorla boynumuza qoyur ki, Rusiyada hər yerdə və hər şeyi ermənilər həll edir və nəzarət edir, azərbaycanlılar isə sıxışdırılmış vəziyyətdədir, Rusiya vətəndaşı olan ermənilər Rusiyadakı azərbaycanlılardan üstündür, onları idarə edir, burda bizə yaşamağa və inkişaf etməyə imkan vermirlər. Onun müraciətlərinin məntiqi belədir. Bununla o, xalqımızı ona qədər heç kəsə müyəssər olmayan dərəcədə alçaltmağı bacardı. Hətta erməni millətçiləri də indiyə qədər bunu bacarmamışdı. Bizi belə yazıq və alçaldılmış göstərmək nəyə lazımdır?!

Azərbaycanlı-çeçen münaqişəsinə gəldikdə hörmətli azərbaycanlı və  çeçenləri restorana toplamaqla şəxsən məşğul olan adamlar var, Fuad Abbasov da iki xalqın nümayəndələrinin necə dinc ünsiyyət saxladığını, dostluq və qarşılıqlı anlaşma barədə fikir bildirdiyini videoya çəkmək üçün ora dəvət edilmişdi.

Fuad Abbasov nə edir – bunu elə təqdim edir ki, guya görüşü onun özü təşkil edib. Bu görüşü təşkil edən, restoranda qonaqlığa görə hesab ödəyən adamlar kadr arxasında qalır, videoda onların heç adları çəkilmir.

Buna zərrə qədər də təəcüblənmədim, çünki bu, ilk belə özünüpiar halı deyil. Özüm şahidi olmuşam ki, Korolyov şəhərində keçirilən 20 Yanvar faicəsinə həsr edilmiş tədbirə Fuad Abbasov da dəvət edilmişdi. O, öz saytındakı materialda tədbiri təvazökarcasına “Korolyov  azərbaycanlılarının jurnalist Fuad Abbasovla görüşü” adlandırmışdı. Bax belə bir “müqəddəs sadəlik”dən söhbət gedir.

Fuad Abbasovun guya Azərbaycanın Rusiyadakı səfirliyi,  AzərRos FMMM və digər ictimai təşkilatların hamısının bir yerdə etdiyindən çox iş görməsi, azərbaycanlı-çeçen münaqişəsini dayandırması barədə yaydığı məlumatlar isə əsl axmaqlıdır.

Onun özünün dediyi kimi, heç nə etməyən, pis işləyən, həmvətənlərinin dəstəyinə malik olmayan  AzərRos FMMM prezidenti, Rusiya prezidenti yanında Millətlərarası Əlaqələr Şurasının üzvü Mehriban Sadıqovanın, təşkilatın özünün ünvanına dediyi tənqid elə səslənir ki, sanki özü onun fəaliyyətinin auditini həyata keçirib, indi də prokuror yoxlamasının nəticələri barədə məlumat verir.

Bu zaman o qətiyyən utanmadan öz izləyicilərinə bizim təşkilatın ermənipərəst mövqeyi, mövcud olmayan vitse-prezidentlər barədə açıq şəkildə yalan danışır,  AzərRos FMMM-un resursu olmayan və o cümlədən azərbaycanlı-çeçen münaqişəsi barədə aktual məlumatların olmadığı saytı göstərir, eyni zamanda bu məsələ ilə bağlı Mehriban Sadıqovanın müraciətinin üstündən sükutla  keçir…

F.Abbasovun iddiasına görə, ermənilərdən əlavə onu həm də Mehriban Sadıqova hədələyir.

O, bunu mantra kimi hamıya təkrarlamaqdan yorulmur.

Nə qədər həyasız və abırsız olmaq lazımdır ki,  AzərRos FMMM-i və onun fəallarını Azərbaycan diasporasının bütün fəlakət və problemlərində ittiham edəsən, eyni zamanda da onların bunun üçün guya təhlükə olması barədə qışqırasan….

İstəyirsən ki, haminin xətrinə dəydiyi və təpikləmək istədiyi adama yazığın gəlsin. Əgər sabah onun paltaryuyan maşını xarab olsa, bunun da kiminsə təxribatı olduğunu bilsəm, təəccüblənmərəm!!!

 Demə, Rusiyadakı azərbaycanlıların  AzərRos FMMM-a kimin rəhbərlik edəcəyini müəyyən etməkdən başqa problemi yox imiş.

Görünür, bundan sonra, yəni Fuad Abbasova və onun sifarişçilərinə rahatlıq verməyən əsas məsələ həllini tapan kimi Azərbaycan icmasında idilliya olacaq, bütün problemlər yoxa çıxacaq.

Aşkar və kobud yalan xarici vətəndaş olan, Rusiyadakı ictimai təşkilatların rəhbərlərinə necə işləməli, necə danışmalı, nəyi bəyan etməli, özlərini necə aparmalı olduğu öyrədən Fuad Abbasovun tutduğu yeni istiqamətdir.

İş o həddə çatıb ki, o, təşkilatlara nə etməli olduqları, hara etiraz, bəyanat yazmalı olduqları barədə təlimat verir, bununla da onları ziyanlı, düşünülməmiş addımlar atmağa təhrik edir. İstənilən halda bunlara görə başqaları cavab verməli və ağrısını çəkməli olacaqlar, onun özü isə kənarda qalacaq, çünki başqa dövlətin vətəndaşıdır.

Soruşmaq gərəkdir, Fuad Abbasova  AzərRos FMMM-a, onun fəallarına, Azərbaycan icmasının 10, 20 və 30 ildir Rusiyada yaşayan və işləyən digər  nümayəndələrinə şərt diktə etmək hüququnu kim verib?!

Bu adamın indi fəal şəkildə məşğul olduğu iş fitnəkarlıq,  insanlar arasında ədavət toxumu səpmək, ictimaiyyəti təxribatçı bəyanatlarla həyəcanlandırmaqdır. Məhz bubölünmə, parçalanma, Rusiyadakı azərbaycanlıların nüfuzdan düşməsi, həmçinin Azərbaycan icmasında sabitliyin pozulmasına aparır.

O, niyə belə edir? Çünki çirkin sifarişlərini həvəs və cidd-cəhdlə yerinə yetirdiyi adamlara belə sərf edir. Ümid edirəm, tezliklə həmvətənlərimizin çoxuna bütün bunlar aydın olacaq.

Filosoflardan biri gözəl deyib: “Həqiqəti zaman ortalığa çıxarır”. Düşünürəm ki, bu zaman özünü çox gözlətməyəcək.

Vaqif ADIGÖZƏLOV

 P.S. Mən, AzərRos FMMM-nın mətbuat xidmətinin rəhbəri AzərRos FMMM-nın Federal Şurasının sədrinin səlahiyyətlərini müvəqqəti icra edən, Rusiya Jurnalistlər  İttifaqının üzvü Vaqif Adıgözəlov, həmkarlarıma, fəallarımıza, regional və yerli Milli-Mədəni Muxtariyyatların rəhbərlərinə və nümayəndələrinə, həmçinin Rusiyanın milli və daxili siyasətinə cavabdeh müvafiq strukturlara müraciət edərək AzərRos FMMM-ın, digər Milli-Mədəni Muxtariyyatların, ictimai birliklərin fəaliyyətinə kobud müdaxiləyə yol verməməyə, Rusiyada Azərbaycan icmasının fəaliyyətinin parçalanmasına aparan nüfuzdan salma və parçalanma kampaniyasına son qoymağa çağırıram.