Федеральная национально-культурная автономия азербайджанцев России
ФНКА азербайджанцев России создана 1 октября 1999 года

Xaqani Şirvani

  • 02/06/2015 --
  • Просмотров: 5173

Хагани Ширвани-1Əfzələddin İbrahim Əli oğlu Xaqani Şirvani  (Şamaxı 1126 — 1199 Təbriz)

 Azərbaycanda İntibah dövrü ədəbiyyatının ilk qudrətli numayəndəsi dahi şair Xaqani Şirvanidir. O, Nizamiyə qədər ədəbiyyata güclü ictimai humanist məzmun və yuksək sənətkarlıq gətirmişdir.

Xaqani Azərbaycan ədəbiyyatında ilk poemanın muəllifi olmuş, coxəsrlik tarixə malik qəsidə janrını əlcatmaz bir yuksəkliyə qaldırmışdır. Onun əsərləri coxcəhətli humanist məzmunu ilə seçilir. İlk dəfə Xaqani irsində şərin ehtiraslı inkarına, xeyrin, gozəlliyin odlu-alovlu təsdiqinə rast gəlirik. Xaqaninin əsərləri dünya ədəbiyyatının, xususən İntibah dövrü sənətkarlarının ən yuksək yaradıcılıq numunələri ilə yanaşı durmağa layiq və qadirdir. Şərqin Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami, Məhəmməd Füzuli kimi dahiləri Xaqani dühasına pərəstiş etmiş, ondan təsirlənmiş, bəzi əsərlərinə cavablar yazmışlar. 15-20 il Nizamidən əvvəl yaradıcılığa başlayan Xaqaninin əsərlərində artıq Nizami poeziyasının nəfəsi duyulur. Xـ əsr Azərbaycan İntibahı özünün ən uca zirvələrinə Xaqani poeziyası ilə birgə yuksəlmişdir.

Əbu Bədil Əfzələddin İbrahim İbn Əli Nəccar İbn Osman İbn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani 1126-cı ildə Şamaxı şəhərində anadan olmuşdur. Əsərlərində donə-donə Şamaxı şəhərində, hormətli bir ailədə doğuluğunu yazan şairin babası toxucu, atası dulgər, əmisi və əmisi oğlu isə həkim və alim idilər. Şairin anası Rabiə musəlmanlığı qəbul etmiş xristian qızı idi. Anasının atası sərkərdə, babası isə Kiçik Asiyanın Toqat şəhərindən olan möbid imiş. Atası, oğlu İbrahimi də dulgər etmək istəyir,onun təlim-tərbiyəsinə az diqqət yetirirdi.

Əmisi Kafiəddin Omər ibn Osman onu korpəlikdən öz himayəsinə alır, Quranı, fəlsəfə, riyaziyyat və başqa elmləri oyrədir. 15-16 yaşlarında şeir  yazmaqda mahir olduğunu gorən əmisi ona Həssanul-Əcəm (yəni Əcəm Həssanı) təxəllusu verir.

Təxminən, 18 yaşında saraya dəvət olunan sənətkar əvvəlcə sevinir, şadlanır, mədhiyyələr yazır. Sonradan onun mənəvi aləmində bir oyanma baş verir. Xaqani Şırvanşahlar sarayından can qurtarmaq üçün yollar arayır. Xorasana, İraqa getmək istəyir, ömrü boyu Xorasana can atan sənətkar bu arzusuna nail ola bilmir. İki dəfə Ərəb və Əcəm İraqını səyahət etmək üçün Kəbə ziyarətinə yollanır.

Xaqani Şirvaninin Sənainin «Hədiqətül-həqiqət» əsərinin təsiri ilə «Həqayiqi» təxəllüsü ilə yazdığı şerlər ona şöhrət qazandırmışdır. 25 yaşında ikən Şirvanşahların məliküş-şüərası Əbül-üla Gəncəvinin dəvəti ilə saraya gəlmiş, onun qızı ilə evlənmiş, Əbül-ülanın ona verdiyi «Xaqani» təxəllüsü ilə şerlər yazmışdır.

Xaqani Şirvani klassik Şərq poeziyasının bütün janrlarında yüksək sənətkarlıq nümunələri yaratmışdır. Əsərləri tezliklə Yaxın və Orta Şərq ölkələrinə yayılaraq müasirlərinin diqqətini cəlb etmişdir. Bədxah saray şairlərinin haqsız hücumlarına məruz qalan Xaqani Şirvani 1156-cı ildə Məkkəyə ziyarət bəhanəsi ilə Şirvanı tərk etməyə məcbur olmuşdu. Xaqani Şirvani gizli surətdə Şirvandan getməyə cəhd göstərmiş, lakin I Axsitanın əmri ilə həbs olunaraq 1170-ci ildə Şabran qalasına salınmışdır. 7 ay həbsdə qaldıqdan sonra azad edilən Xaqani Şirvani, nəhayət, 1173-cü ildə ailəsi ilə birlikdə Şirvanı həmişəlik tərk edərək Təbrizə köçmüş, ömrünün sonunadək orada yaşamış və bu şəhərdə vəfat etmişdir. Təbriz yaxınlığında sonralar «Məqbərətüş-şüəra» adlandırılan Surxab qəbristanlığında dəfn olunmuşdur. Dahi Nizami Gəncəvi Xaqani Şirvaninin vəfatı münasibəti ilə mərsiyə yazmışdır.

Xaqani Şirvaninin ədəbi irsi zəngindir. Yaxın Şərqə səfərdən qayıtdıqdan sonra Xaqani Şirvani Yaxın Şərq ədəbiyyatı tarixində epik poeziyanın ilk görkəmli nümunələrindən hesab edilən «Töhfətül-İraqeyn» (1157) adlı məsnəvisini yazmışdır. Əsər dövrün sosial-siyasi şəraitini öyrənmək baxımından da əhəmiyyətlidir. «Mədain xərabələri» adlı məşhur fəlsəfi qəsidəsində müasirləri üçün maraqlı fikirlər irəli sürmüşdür. Xaqani Şirvani vətənpərvər şairdir. O, vətəni Şirvanı hüsnkar təbiətli, bolluq, bərəkət ölkəsi, şairlər ocağı kimi tərənnüm etmişdir. Azərbaycan ədəbiyyatı tarixində Qətran Təbrizi ilə başlanan qəzəl janrı Xaqani Şirvani və Nizami Gəncəvi yaradıcılığında kamillik dərəcəsinə çatmışdır. Cərəyan edən hadisələri real surətdə əks etdirməyə çalışan şair, saraylara nifrətini, xalqa yaxınlıq və sədaqətini, «Xaqani» deyil, «Xəlqani» olduğunu poetik bir dildə bildirmişdir. Xaqani Şirvani eyni zamanda mahir nasir olmuşdur. «Töhfətül İraqeyn» məsnəvisinə nəsrlə yazdığı müqəddimə və dövrünün məşhur adamlarına mənsur məktubları mürəkkəb bədii tərzli ifadəsi, təşbeh, istiarə, eyham və mübaliğələri ilə diqqəti cəlb edib.

Xaqaninin zəngin ədəbi irsi 17 min beytlik lirik şerlər divani, «Töhfətul-İraqeyn» poemasından, bədii nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Divanındakı şerlər qəsidə, qəzəl, mədhiyyə, mərsiyə, rübai və s. ibarətdir. Onun ictimai-fəlsəfi məzmunlu əsərlərinə «Şiniyyə» və «Mədain xərabələri» qəsidələri, «Həbsiyyə» şerləri və «Töhfətul-İraqeyn» poeması daxildir. «Kitabi-Dədəm Qorqud» eposunun bizə gəlib çatmış əlyazma nüsxələrinin köçürülmə tarixi XVI əsrdə Dövrün ən böyük şairlərindən biri kimi tanınan Əfzələddin Xaqani yaradıcılığında diqqəti ən çox çəkən cəhət, hər beytdə, hər misrada özünü göstərən dərin obrazlılıq və elmilikdir.

 

SEÇİLMİŞ ƏSƏRLƏRİ  (http://www.anl.az/el/x/xsh_se.pdf)

             Vətən 

İraqa, İrana eyləsəm səfər,

Başıma yağış tək yağar simuzər.

Orada şairə qiymət verən var,

Xəzinəm ləl ilə, gövhərlə dolar.

Şahlar məclisimdə diz çökər mənim,

Başıma tabaqla zər tökər mənim.

Bakir sözlərimin aşiqi olan

Ariflər əlimi öpər hər zaman.

Nemətə, dövlətə qərq olaram mən,

Barınar el-oba mənim süfrəmdən.

Lakin üzüm gülməz, gözlərim ağlar…

Qəlbimdə dağ qədər ağır intizar.

Vətən həsrətilə töküb göz yaşı,

«Ah, vətən!» deyirəm mən hər söz başı.

Şamaxı! Ey mənim sevimli yurdum,

Mən sənin qoynunda xanıman qurdum.

İndisə acığın tutmuşdur mənə,

Sənin qucağından ayrılsam, ana,

Ümidim, pənahım Təbrizdir, Təbriz

O şəhər də mənə doğmadır, əziz.

Siz mənə həyatı etdiniz əta,

Sən mənə anasan, Təbrizdir ata.

Anasından küsən körpə bir uşaq

Ata ağuşunda yer tapar ancaq.

 

Anası haqqında

Ey Xaqani, bu dünyada hər zaman,
Anan vermiş zəhmətilə sənə can.

Su, çörəyin qıt olsa da atmadın, —
Yurdun oldu bu əzablı, dar Şirvan.

Heç bir kəsə sən olmadın tüfeyli,
Kömək aldın allahdan nə anandan.

Sən oturdun kölgə kimi ananın
Cəhrəsinin kölgəsində anbaan.

Ey ağ qartal! Nə vaxtadək olacaq
Ana yurdu vücuduna aşiyan?

Nə vaxtadək, İsa kimi atasız, —
Ana ilə tanısınlar səni? Qan!

Bir dəfə də Xzır kimi yoxa çıx,
Bəsdir oldun ananla həmxaniman!

Sən qiymətli bir dürrsən, nədəndir
Oldun ana astanasından pünhan?

Sən ağıllı övladsansa dilə gəl,
Ana kimi özünü danla bir an.

Hər nə etsən ana haqqın unutma,
Bil, anandır sənə edər can qurban.

Bu ananın xatirinə, düşməndən
Gələn dərdə dözüb, sən ol mehriban.

Qorx o gündən, bir gün səni tək qoyub,
Əbədilik anan köçər dünyadan.

 

Atasından şikayət
Çox ağırdır xasiyyəti mənim nəccar atamın,
Onu xalis yanar oddan yaratmış pərvərdigar.

Sanki ekiz doğulmuşdur Nəmrudun Azərilə,
Ona təlim verən usta olmuş Yusifi-nəccar.

Təbiəti: kərkisi tək, mahir olmuş yonmaqda,
Xasiyyəti, mişarı tək, yaman kəsib doğrayar.

Hər gün fələk sitəmindən o eyləyir şikayət,
Gecə Zühəl ulduzuyla səhərədək çarpışar.

Mərrix əgər olsa idi sakin birinci göydə,
Dərhal ona əl uzadıb, vurardı iki mismar.

Ağırlaşıb qocalıbdır, qıçlarını tutub yel
Başı isə dazlaşaraq, huşu pərsəng aparar.

Köhnəlmişdir lıkka kimi dərisində vücudu,
Əti sanki bədənində əprimişdir aşikar.

Nə üzündə səfası var, nə başında sevdası,
Hamımızın üzərində ağır bir yükə oxşar.

Yazıq anam mənbər kimi qısılmışdır bir küncə,
Minarə tək baş qaldırıb atam edir iftixar.

Zəmanənin mən ki belə ən layiqli oğluyam,
Osa mənim hünərimi özü üçün bilir ar.

Deyir: kaş ki, bu Xaqani bir toxucu olaydı,
Olmayaydı söz mülkündə belə qabil sənətkar.

Nə etməli, atam odur bir oğulam ona mən,
Ağ olmaram, o nə qədər eyləyərsə məni zar.

Axır mənə çörək verib bəsləmişdir birtəhər,
Böyük allah, qoru onu, bəlalardan çək kənar.

 

 Bu göylər şahının lütfü mənə sayə salıb əlan

Bu göylər şahının lütfü mənə sayə salıb əlan,
Zavallı könlümə vermiş yeni qüvvət, yeni ruh, can.

Ürək dil açdı, şükr etdi ki, qurtardım fəlakətdən,
Nə yaxşı – söylədi canım – tükəndi möhnəti-zindan.

Belə olduqda şadlandım, nəhayət, arzuma çatdım;
Sənə qoy söyləyim indi qəribə bir gözəl dastan.

Gedib məğrib-zəminə bir kişi dərya kənarında,
Dararkən başını bir tük yerə saldı o, başından.

Köçüb sonra o, məqribdən, səyahət eylədi şərqə,
Bu müddət çox külək əsdi, yağışlar eylədi tufan.

Otuz il keçdi bu gündən, yenə səyyah gəlib qərbə,
Haman yerdən götürdü öz tükün, güldü bir az heyran.

Buna Xaqaninin halı, onun Abxazə ezamı
Necə çox oxşayır, bir bax, necə dövr eyləyir dövran.

Olub Abxaz ona məğrib, şahın dərgahı bir dərya
Zavallı canı bir tük tək düşüb qalmış ora nalan.

Əgər bir vaxt o da canın taparsa tük kimi təkrar,
Ona tənə edib, bir də gülərmi nanəcib düşman?

Olub indi mənə həmdəm səsi çaşbaş vuran bir ney,
Əlimdən öz neyimi, gör, necə aldı fələk asan.

Açılmış bir gün ağzıdır mənim ağzım bu gün yalnız,
Qızıl, yaqutla doldurmuş bütün dünyanı hər bir an.

Fəqət əfsus ki, gülməz könül Rey mülkü də alsa,
O, halbuki quru sözlə olardı nəşəli, xəndan.

Bu Kür Ceyhun olar, Tiflis Səmərqəndi qoyar dalda,
O vəqt ki, Tiflisə, Kürlə gələr Xaqani və xaqan.

 

Həbs edildiyi barədə vəzirə məktub

Nə qədər ki, dövlət sənin qapındadır pasiban,
Açacaqdır qapısını sənə geniş asiman.

Qüreyşilər bayrağınla sənin səfərbər oldu,
Yəmanilər xəncərinlə sənin müzəffər oldu.

İnsaf sənin dəzgahına gəldi sevinc ilə, bax,
Zülmü sitəm astanadan qaçdı yaxa yırtaraq.

Fələk sənin qullarının qollarına baş əydi,
Ona görə fanilikdən azad oldu əbədi

Öz qələmin rəng vermişdir məharətlə ruzgara,
Gecə, gündüz bu səbəbdən olmuş belə ağ, qara.

Söz Misrinin Yusifləri saflığına hər zaman
Nuş eyləyir mənaların badəsini durmadan.

Mənim bütün varlığımı bürümüşdür qəm, kədər,
Razılığın olmayınca, bu varlıqdan nə səmər?

Mənim yüksək qiymətimi təkcə bir sən bilərsən,
Simurğə də bu dünyada Cəmşid verə bilər dən.

Gözəl bilər bu mətləbi göy cəlallı hökmdar,
Mənim kimi yer üzündə tapılmaz bir sənətkar.

Baxma sadə bir xarratın oğluyam mən, bil, Azər
Xarrat idi, lakin oğlu Xəlil oldu peyğəmbər.

Bu sənətdə hər kəs məndən öyrəndi bir fəsahət,
Sonra gedib hazırladı mənə min cür fəlakət.

Bu təəccüb deyil, əgər bir qurşun almas qıra,
Hünər ona deyərəm ki, almas polad sındıra.

Gedən zaman bu dünyadan Sənai tək bir ustad,
Əvəz gəldim ona, atam mənə Bədil qoydu ad.

Boğazına gövhər tıxdım bu dünyanın nə qədər,
Onu aman deməyə də qoymadı bu gövhərlər.

Sən təbimin bağçasından istə təzə xurmalar,
Gedib hər bir yaramazın söyüdündən umma bar!

Hər an xurma ağacından boldu xurma dərərsən,
Yel əsərsə, kəpənəklər uçar fəqət söyüddən.

Əgər qəmdən qocalmışsa vücudum, nə eybi var? –
Mədhin ilə bu dünyanı təzələrəm aşikar!

Tərifini edən qəlbim sınsın gərək hər anda,
Çünki xəznə olar ancaq xarabazar məkanda.

Xaqani Şirvani aforizmlər:

 İçkinin başlanğıcı günah,ortası sərxoşluq,sonu fəlakətdir.

♥    ♥    ♥    ♥    ♥    ♥    ♥    ♥

Nə pis adamlardan yaxşılıq gözlə,nə də yaxşı adamlardan pislik.

♥    ♥    ♥    ♥    ♥    ♥    ♥    ♥

Eşşək başına yaraşmayır qızıl tac,

Eşşək üçün yaranmışdır palan,noxda və ağac.

♥    ♥    ♥    ♥    ♥    ♥    ♥    ♥

Bir eşşəyin noxtası gər ola mirvaridən,

Baxan deyər nə rəzildir bu heyvan.

♥    ♥    ♥    ♥    ♥    ♥    ♥    ♥

Aqil əmr edəni dil bəyan edər.

♥    ♥    ♥    ♥    ♥    ♥    ♥    ♥

Aldatmasın bu fələyin küpündəki boya səni

Yas paltarı geyən gözəl dəvət etməz toya səni.

♥    ♥    ♥    ♥    ♥    ♥    ♥    ♥

Adam var ki, bilməz nədir qanacaq,

Yaxşı adamlara lağ edər ancaq

♥    ♥    ♥    ♥    ♥    ♥    ♥    ♥

Nəcibdən ayrılıbnanəcibə qoşulma.

Tamahını azalt,hörmətin artsın,

♥    ♥    ♥    ♥    ♥    ♥    ♥    ♥

Bir piyada olub düz demək xoşdur,

Bir vəzir olub əyri getməkdən.

♥    ♥    ♥    ♥    ♥    ♥    ♥    ♥

Xudpəsənd olmasan xalq səni sevər,

Təvazökar olan daim yüksələr.

♥    ♥    ♥    ♥    ♥    ♥    ♥    ♥

İstəsən güzgü tək saf olsun ürək,

Sinəndən on şeyi atasan gərək.

♥    ♥    ♥    ♥    ♥    ♥    ♥    ♥

Haram,qiybət,kin,paxıllıq,tamah,

Hiylə,yalan,həsəd,ədavət,kələk.